Daxili İşlər Nazirliyi iyunun 1-dən 2-dək qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb. Daxili İşlər Nazirliyi iyunun 1-dən 2-dək qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

Ötən gün 85 cinayət faktı qeydə alınıb

Daxili İşlər Nazirliyi iyunun 1-dən 2-dək qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

AzNews.az xəbər verir ki, daxili işlər orqanları tərəfindən gün ərzində 85 cinayət faktı qeydə alınıb, onların 23-ü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olan 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.