- Köhnə - Kriminal
- 2 İyun 2018 19:51
- 6 487
Qadının pulunu zorla alan şəxs tutuldu
Nəsimidə soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, nazirliyin “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini E.Əliyeva Nəsimi rayonu ərazisində bir nəfərin zor tətbiq edərək onun pulunu aldığını bildirib.
Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Bülbül prospektindəki mağazaların birində, naməlum şəxsin satıcı işləyən həmin qadına zor tətbiq edərək oradan 100 manat pul apardığı məlum olub.
Əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Soltanov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.