Şagirdi ilə eşq yaşayan şəxs polisə aparıldı

26 yaşlı müəllimə xüsusi dərs verdiyi 17 yaşlı şagirdi ilə maşınında xoşagəlməz halda tutulub. O,18 yaşından aşağı olan şagirdi ilə birlikdə olduğu üçün məhkəməyə çıxarılacaq.

İngiltərənin Dumfries şəhərində katolik orta məktəbində dörd ildir müəllimə olan Eppie Sprung Davson, xüsusi dərs verməyi qəbul etdiyi şagirdilə maşınında yaxınlıq edərkən polislər tərəfindən tutulub.

Oxuma çətinliyi çəkən 17 yaşındakı şagirdinə xüsusi dərs verməyi qəbul etdiyini, sonra onu avtomobiliylə boş bir əraziyə apararaq sevişdiyini qəbul edən Davson, yaşı kiçik olan şagirdi ilə əlaqəyə girdiyi üçün cinsi cinayətlərdən mühakimə olunacaq.

Polis pul cəzası ilə sərbəst qalması gözlənilən qadının həyatında yenidən belə bir hadisə baş verərsə, onun dərhal həbs olunacağını bildirib. Qeyd edək ki, iş vaxtı polislər boş bir ərazidə Davsonun maşının görüblər. Sonradan avtomobilin yanına gedən polislər, gənc müəllimlə şagirdini sevişərkən tutublar. Şagirdi ilə sevişərkən tutulan Dawson günahını qəbul edib. Gənc müəllimənin 32 yaşlı həyat yoldaşı Ranald və müəllimi ilə birgə görülən şagirdin ailəsi mövzu haqqında fikir bildirməyiblər. Maraqlıdır ki, Davsonun işlədiyi St. Cozefs Collecində təhsil almış bir şagird gənc müəllimi şagirdlərə öpüş dolu mesajlar göndərməsi ilə tanıdığını vurğulayıb.

Xəyalə Məmmədova
AzNews.az
image description