Ötən gün ərzində 76 cinayət faktı qeydə alınıb. Ötən gün ərzində 76 cinayət faktı qeydə alınıb.

Bir gündə 76 cinayət faktı qeydə alındı

Ötən gün ərzində 76 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, onların 18-i “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.