- Köhnə - Kriminal
- 19 İyun 2018 16:22
- 4 971
Paytaxtda motosiklet qaçıran şəxs tutulub
Bakıda nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyunun 18-də DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini Stanislav Yakuşev saat 10 radələrində İzmir küçəsindəki evin qarşısından “Haojue” markalı motosikletinin qaçırıldığını bildirib.
Məlumatla əlaqədar Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs qısa müddətdə İnşaatçılar prospektində motosikletlə birgə saxlanılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Aznews.az