Biləsuvar rayonunda həmkəndlisini bıçaqlayan şəxs tutulub. Biləsuvar rayonunda həmkəndlisini bıçaqlayan şəxs tutulub.

Biləsuvarda həmkəndlisini bıçaqlayan şəxs tutulub

Biləsuvar rayonunda həmkəndlisini bıçaqlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində naməlum şəxsin kənd sakini Bəhruz Əliyevə bıçaqla xəsarət yetirməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Görülmüş tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən kənd sakini Rəşad Muradzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Rayon Polis Şöbəsində araşdırma aparılır.