Bacısını öldürüb qaçmışdı, tutuldu - Yenilənib

Bakıda ağır qətl hadisəsi törədilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Bayramov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.

======
11:06

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon sakini Sayid Abas oğlu Bayramov bacısı, 1977-ci il təvəllüdlü Xanım İslamovanı bıçaqlayaraq öldürüb. S. Bayramov hadisəni törətdikdən sonra qaçıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az