Bakıda mənzildən 49 yaşlı kişinin meyiti tapılıb

Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1969-cu il təvəllüdlü Zalatoyev Alek Viktorovicin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

AzNews.az