- Köhnə - Kriminal
- 21 İyul 2018 12:58
- 3 506
Bakıda su sayğaclarını oğurlayan şəxs tutuldu
Bakıda su sayğaclarını oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin (RPİ) 35-ci Polis Bölməsinə (PB) Naximov küçəsindəki binaların birinin girişindən 7 ədəd su sayğacının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının iyulun 20-də keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək tutulub.
Araşdırmalarla onun Bakı şəhər sakini Taleh Rəsulov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.