Sahibkarın üstünə silah çəkdilər

Ağstafada sahibkar silahlı hücuma məruz qalıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, iyulun 27-də Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisində yerləşən fermaya gəlmiş Qıraq Kəsəmən kənd sakini Abil Əliyev münaqişə zəminində fermanın sahibi Cəmil Əliyevi tapança ilə öldürəcəyi ilə hədələyib. C. Əliyev onun əlindən tapançanı almağa cəhd göstərərkən 1 dəfə atəş açılıb, xəsarət alan olmayıb.

Görülmüş tədbirlərlə A.Əliyev saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi tapança və içərisində 3 ədəd patron olan patron darağı, habelə 1 ədəd giliz götürülüb.

Onun sərxoş halda olması müəyyən edilib.