Gədəbəy rayonunda oğlu tərəfindən döyülən kişi xəstəxanada ölüb. Gədəbəy rayonunda oğlu tərəfindən döyülən kişi xəstəxanada ölüb.

Oğlu tərəfindən döyülən kişi öldü

Gədəbəy rayonunda oğlu tərəfindən döyülən kişi xəstəxanada ölüb.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, bir müddət əvvəl rayonun Toplar kənd sakini, 1944-cü il təvəllüdlü Aydın Şıx oğlu Məmmədhəsənov sərxoş vəziyyətdə olan oğlu tərəfindən döyülərək ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlarla baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Məmmədhəsənovun ölümündə şübhəli bilinən oğlu Yaşar Məmmədhəsənov saxlanılılb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

AzNews.az