Gəncə şəhərində evdən külli miqdarda pul və qızıl əşyalar oğurlayan şəxs saxlanılıb. Gəncə şəhərində evdən külli miqdarda pul və qızıl əşyalar oğurlayan şəxs saxlanılıb.

Evi yarıb külli miqdarda pul və qızıl aparan oğru ələ keçdi

Gəncə şəhərində evdən külli miqdarda pul və qızıl əşyalar oğurlayan şəxs saxlanılıb.

“Report” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin yanvar ayında Gəncə şəhəri ərazisindəki evlərin birindən 115700 manat pul və 30000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Əflaki saxlanılıb.

Daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

AzNews.az