Ağdaş rayonunda qətl hadisəsi baş verib. Ağdaş rayonunda qətl hadisəsi baş verib.

Ağdaşda dəhşətli qətl: Məzarlığa aparılaraq güllələnən müəllim 12 il həbsxanada yatıbmış...

Ağdaş rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Qaradağlı kəndi ərazisində baş verib. İlkin məlumata görə, Nizami adlı idman müəllimi həmkəndliləri tərəfindən tüfənglə vurularaq öldürülüb. Hadisənin şəxsi zəmində baş verdiyi bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az portalına qətlin təfərrütları məlum olub.

Rayonun Qaradağlı kənd sakinlərinin əməkdaşımıza verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib:

“Onu öldürən adam da bizim kənddəndir. Adı Hüsüdür. Elə bir işi-gücü yoxdur. Nizami ilə yaxın dost olub. Səhər tezdən Nizamigilə gəlib onu evindən çağırıb. Deyib ki, evdən çıx, səninlə işim var. Nizami də çıxıb. Aparıb qəbiristanlığa, elə oradaca tüfənglə vurub öldürüb. Səsə kənd sakinləri gəlib. Nizamini vurandan dərhal sonra Hüsü gedib polisə təslim olub”.

Sakinlər Nizaminin 12 il həbsxanada yatdığını da qeyd edib:

“O kareteçi idi, müəllimlik edirdi. Uzun müddət Ləkidə müəllim kimi çalışıb. Özü ağdaşlıdır, ailəsi, uşaqları var. Adam öldürmüşdü, buna görə 12 il həbs həyatı yaşayıb. Həbsdən sonra məktəbdə çalışmayıb”.

Bahar RÜSTƏMLİ
AzNews.az