Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan şəxslər saxlanılıb. Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan şəxslər saxlanılıb.

Ərəbin 300 dirhəmini oğurlayanlar ələ keçdi

Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 22-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 22-də əcnəbi vətəndaş Mohamed Abdulla Ahmed Ali Al-Alinin rayon ərazisində kirayədə yaşadığı evdən 300 dirhəm (138 manat) pul oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Rafik Cəlilov və Bakı şəhər sakini Roman Lyaxov saxlanılıblar.

AzNews.az