- Köhnə - Kriminal
- 30 Avqust 2018 10:43
- 6 460
Bakıda müəmmalı cinayət
Paytaxtda bıçaqlanma hadisəsi baş verib.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.
Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Qarayev Aydın Gəray oğlu Xətai rayonu, Sarayevo küçəsi, 13 ünvanınında naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
A.Qarayev koma vəziyyətində olduğundan onun kim tərəfindən bıçaqlanmasını müəyyən etmək hələ mümkün olmayıb.
Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
AzNews.az