Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 124 cinayət faktından 29-nun üstü “isti izlər”lə açılıb. Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 124 cinayət faktından 29-nun üstü “isti izlər”lə açılıb.

Axtarışda olan 29 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 124 cinayət faktından 29-nun üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarılan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, üç nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

AzNews.az