- Köhnə - Kriminal
- 3 Sentyabr 2018 17:09
- 6 571
400-dən çox məhbus həbsxanadan qaçıb
Liviyanın Tripoli şəhərində yaşanan qarşıdurmalar zamanı azı 400 məhbus həbsxanadan qaçıb.
AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə Tripoli məhkəmə polisi xidmətinin məlumatında bildirilir.
"Ayn Zara" islah və reabilitasiya təşkilatının məhbuslar yaxınlıqda baş verən atışmadan narahat olduqları üçün üsyana başlayıblar. Nəticədə, təxminən, 400 məhbus qapıları qıraraq binadan qaça bilib", - məlumatda deyilir.
Qeyd edək ki, daha əvvəl Tripolidə Liviyanın milli razılıq hökuməti davamlı silahlı toqquşmalar səbəi ilə paytaxt və ətrafında fövqəladə vəziyyət elan edib.
AzNews.az