“Qanuni oğru”nun polisə işlədiyini sübut edən SƏNƏD

Kriminal aləm çaşqınlıq içindədir



Kriminal aləmin tanınmış nümayəndələrinin polislə işbirliyinə getməsi barədə zaman-zaman yayılan məlumatlar təsdiqini tapır. Rusiyanın "Perestupnaya Rossiya" saytı kriminal aləmin məşhur simalarından biri- Qela Kardava ilə bağlı bir sənəd yayıb. Sənəd "qanuni oğru" ilə DİN əməkdaşları arasında agent fəaliyyəti ilə bağlı məqamları əks etdirir.

Müqavilədə Kardava "Kulu" ləqəbi ilə qeyd olunur.
Sayt xəbər verir ki, Moskvanın hüquq-mühafizə orqanları son aylar vaxtaşırı olaraq "qanuni oğru"ların "sxodka"larına basqın edərək həbslər həyata keçirib. Ded Xasanın ölümündən sonra intensivləşən bu basqınların məhz Q.Kardavanın verdiyi məlumatlar əsasında həyata keçirdiyi istisna olunmur.
Bununla belə "qanuni oğru"nun bu razılaşmanı öz razılığı ilə imzalamasına şübhə ilə yanaşılır. Sənədə əsasən Q.Kardava xüsusi tapşırıqları yerinə yetirməli, polisin maraqlarına xidmət edın informasiyaları verməli, polislə əməkdaşlığını gizli saxlayaraq sənədi "Kulu" ləqəbi ilə imzalamalı idi.
Hüquq-mühafizə orqanları isə öz növbəsində onunla əməkdaşlıq edən şəxslə bağlı məlumatları gizli saxlamalı, görüşlərin gizliliyini təmin etməli, səmərəli əməkdaşlığın qarşılığı olaraq mükafat, maddi kömək etməli idi.
Sayt bundan əvvəl də bəzi dairələrdə Q.Kardava ilə bağlı sualların yarandığını və kommersiya məqsədi daşıyan "taclandırma"mərasilərinin keçirildiyini vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az
image description