Bakı şəhərinin Nəsimi rayonu ərazisində qətl hadisəsi törədilib Bakı şəhərinin Nəsimi rayonu ərazisində qətl hadisəsi törədilib

Sevgilisini boğub öldürdü

Bakı şəhərinin Nəsimi rayonu ərazisində qətl hadisəsi törədilib




Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Cavadxan küçəsi ev 21, mənzil 54 ünvanında 1990-cı il təvəllüdlü Bədəlov Qəhrəman Şamil oğlu qeyri-rəsmi nikah münasibətində yaşadığı 1980-ci il təvəllüdlü Məmmədova Yeganə Fəxrəddin qızını boğaraq öldürüb. O daha sonra qadının boynundakı qızıl boyunbağını və 350 manat pulunu götürərək qaçıb. Q.Bədəlov Sabunçu rayonundakı qohumunun yanına gedib və daha sonra Sabunçu RPİ-yə gələrək təslim olub.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində törədilib. Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, hər iki şəxs Kəlbəcər rayon sakinləridir.

AzNews.az