Bu məlumatlar Amerikanın bütün hüquq-mühafizə orqanlarına paylanacaq Bu məlumatlar Amerikanın bütün hüquq-mühafizə orqanlarına paylanacaq

ABŞ-ın nüfuzlu təşkilatı rus mafiyasını ifşa edir

Bu məlumatlar Amerikanın bütün hüquq-mühafizə orqanlarına paylanacaq



Amerikada fəaliyyət göstərən nüfuzlu "Institute for Russian Research" təşkilatı rus mafiyasının nümayəndələrinin siyahısını dərc edib.

Kartlarda 44 nəfərin adı və soyadı ilə yanaşı fotoları və onlar barədə ümumi məlumatlar da əksini tapıb. "Rus mafiyasının üzvləri" adlı "kartlar"da kriminal aləmin tanınmış nümayəndələri ilə yanaşı, cinayətlərlə hansısa bağlılığı olduğuna şübhə edilən şəxslər də var.

Təşkilat öz internet səhifəsində bildirib ki, bu məlumatlar Amerikanın bütün hüquq-mühafizə orqanlarına, keçmiş SSRİ-dən gələnlərin çoxluq təşkil etdiyi şəhərlərin polis idarələrinə təqdim olunacaq.

Siyahıda Viktor Remşa, Tevfiq Arif, Leon Kaplan, Semyon Moqileviç, Zaxar Kalaşov, Maraq Balaqula, Aleksey Kuznetsov, Aleksandr Bor, Monya Elson, Gennadi Petrov, Tariel Oniani, Vladimir Tyurin, Sergey Kuzmin, Botır Rəhimov və başqalarının adı var.

Maraqlıdır ki, siyahıya "Finam" şirkətini yaradıcısı Viktor Remşann da adı salınıb. Təşkilat onu rus mafiyasına xidmət göstərməkdə ittiham edir. 44 nəfərlik siyahının yeganə qadın üzvü Janna Bulokdur.

Təşkilatın açıqladığı siyahıda kriminal aləmin gürcü və kürd millətindən olan nümayəndələrinin adı yer alsa da, heç bir azərbaycanlının adı daxil edilməyib.

Elnur
AzNews.az