Silahlı insident törədən şəxs həbs edilib - YENİLƏNİB

Bakının Sabunçu rayonunda silahlı insident baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.



Bakıda silahlı insident törədən şəxs həbs edilib.

Bu barədə APA-ya Sabunçu Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 8-də xuliqanlıq etdiyi üçün axtarışa verilən Samir Əliyev tutulub və ondan 1 ədəd ov tüfəngi götürülüb.

Qeyd edək ki, məlum hadisə iyunun 8-də Sabunçu rayonu M. Fətəliyev küçəsində qeydə alınıb. Bakı şəhər sakini Samir Əliyev naməlum şəxslə mübahisə edərkən xuliqanlıq zəminində ov tüfəngindən 2 dəfə atəş açaraq həmyerlisi İlqar Hüseynova məxsus "Opel" markalı avtomaşının arxa şüşəsini sındırıb özünə məxsus "Lada-Priora" markalı avtomaşında hadisə yerindən qaçıb.

Hadisə yerinə baxış zamanı 2 ədəd giliz götürülüb.

***15:02
Məlumata görə, rayonun M.Fətəliyev küçəsində Bakı şəhər sakini Samir Əliyev naməlum şəxslə mübahisə edərkən xuliqanlıq zəminində ov tüfəngindən 2 dəfə atəş açaraq həmyerlisi İlqar Hüseynova məxsus "Opel" markalı avtomaşının arxa şüşəsini sındırıb və özünə məxsus "Lada-Priora" markalı avtomaşınla hadisə yerindən qaçıb. Hadisə yerinə baxış zamanı 2 ədəd giliz götürülüb.

S.Əliyevin tutulması üçün Sabunçu rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

AzNews.az