- Köhnə - Kriminal
- 24 İyun 2013 09:25
- 1 634
45 yaşlı kişini güllələyən şəxs həbs edildi - Yenilənib
Xaçmaz Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisəni törədən 1974-cü il təvəllüdlü Şabanov Teymur Baba oğlu saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
************
09:58
Xaçmaz rayonunun Xudat şəhərində qətl hadisəsi baş verib.
APA-nın şimal bürosunun məlumatına görə, Xudat şəhər sakini, 1968-ci il təvəllüdlü Məmmədrəhimov Məmmədrəhim Əli oğlu naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib. O, dünyasını dəyişib.
Hadisənin baş vermə səbəbləri və qətli törədənlərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az