- Köhnə - Kriminal
- 28 İyul 2013 07:32
- 909
Ər arvadını amansızlıqla qətlə yetirdi - Salyanda

AzNews.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosuna Salyan rayon prokurorluğundan verilən məlumata görə, ötən gün axşam saatlarında Salyan şəhər sakini 43 yaşlı Cəbrayıl Habil oğlu Əsgərov ailə münaqişəsi zəmnində həyat yoldaşı 36 yaşlı Asiya İsrail qızı Mustafayevanı otuzdan çox bıçaq zərbəsi vuraraq amansızlıqla qətlə yetirib. Cəbrayıl Mustafayev Salyan polisi tərəfindən həbs edilib
Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
AzNews.az