- Köhnə - Kriminal
- 30 İyul 2013 14:40
- 699
Bakıda gənc qızı zorlayan şəxs həbs edildi

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, iyul ayının əvvəlində 22 yaşlı K.Ə-ni Yasamal rayonundakı mənzilinə gətirən və məcburi şəkildə qızı orada saxlayaraq bir neçə gün ərzində zorlayan 30 yaşlı Leysan Əliyev həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 144 (adam oğurluğu) və 149.1 (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə iş başlanılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, Leysan adlı şəxs həmin qızla "ciddi niyyət"lə tanış olub və vaxtaşırı olaraq onunla şəhərin müxtəlif yerlərində görüşüb. Qızın inamından istifadə edən şəxs daha sonra onu evinə gətirməyə "müvəffəq" olub və çirkin əməlini burada törədib. 22 yaşlı qız canını qurtaran kimi polisə müraciət edib. Leysan bu gün həbs edilib.
AzNews.az