Bakıda gecə klubunda qanlı hadisə

Avqustun 3-nə keçən gecə saat 04 radələrində Bakının mərkəzində yerləşən gecə klublarından birində qanlı hadisə baş verib.

Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xaqani küçəsi 16 ünvanında yerləşən "Beliss" gecə klubunda dava-dalaş düşüb.

Hadisə vaxtı 1979-cu il təvəllüdlü Abdullayev Cavid Fəxrəddin oğlu ağır xəsarətlər alıb. Döş qəfəsinin sol hissəsindən və qolundan kəsilmiş-deşilmiş xəsarətlər alan şəxs xəstəxanaya yerləşdirilib.

Onu dindirmək mümkün olmayıb. Həkimlər yaralının vəziyyətinin kritik olduğunu bildiriblər.

Hazırda 34 yaşlı C.Abdullayein kim və ya kimlər tərəfindən bıçaqlanması məlum deyil. Əməliyyat tədbirləri davam etdirilir.

AzNews.az