Rusiya Ded Xasanın adamını geri istəyir

Rusiya Ded Xasanın yaxın adamı kimi tanınan avtoritet Karlo Mikadzenin təhvil verilməsi ilə bağlı İspaniyaya müraciət edib.

Rusiya mətbuatının məlumatına görə, o, rus mafiyasına qarşı keçirilən əməliyyat zamanı həbs edilib. Karlo Mikadze Rusiyada "kriminal generalların" öldürülməsində ittiham edilən Dmitri Lesnyakovun işi ilə bağlı ittiham edilir. AzNews.az "Rosbalt"a istinadən xəbər verir ki, Karlo Mikadze külli miqdarda vəsaitin mənimsənilməsi ilə nəticələnən fırıldaqçılıqda da şübhəli bilinir.

Onun iştirakı ilə Ded Xasan klanı paytaxtın məşhur banklarından birini nəzarətinə keçirməyi bacarıb. Avtoritetin qurbanları arasında uzaq qohumu olan gürcü biznesmen də olub. Həmin biznesmenin imkanlarından və əlaqələrindən sui—istifadə edən avtoritet bankdan 12 milyon dollar kredit götürüb. Biznesmen məsələni anlayanda isə Mikadze öz yoldaşları Qoqiya və Antipovla bərabər artıq ölkəni tərk edibmiş.

Mikadzenin adı 2008-ci ildə Krosnadarda erməni "qanuni oğru" Armen Aratunyanla Alik Minalyan arasındakı münaqişədə də çəkilib. Armen Aratunyan Ded Xasanda özü barədə müsbət rəy formalaşdırdıqdan sonra kriminal aləmin "xaç atası" Alik Minolyanı özündən kənarlaşdırıb. 2009-cu ilin fevralında Alik Minolyan Ded Xasanla görüşmək üçün Moskvaya gedib. Ancaq Ded Xasan onu qəbul etməyib. Bundan daha sonra isə Alik Minalyan Moskvada güllələnib. Hadisənin Lesyankovun rəhbərlik etdiyi qruplaşma tərəfindən törədildiyi güman edilir.

Hadisədən əvvəl isə qruplaşma üzvləri ilə Mikadzenin görüşü keçirilib. Bu isə Alikin ölümünün məhz Armen Arutunyanın tərəfindən sifariş verildiyi, sifarişin isə icraçılara Mikadze vasitəsilə çatdırıldığı bildirilir. Kriminal aləm Mikadze və Arutunyanın dostluq münasibətindən xəbərdardır.

Elnur
AzNews.az