Bakıda aptek qarşısında qanlı olay

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə avqustun 26-da saat 05.50 radələrində Şıxəli Qurbanov küçəsi-15 ünvanında yerləşən "Çeburaşka" aptekinin qarşısında qeydə alınıb. 1990-cı il təvəllüdlü Osman Kamal oğlu Qurbanov naməlum şəraitdə bıçaqlanıb.

Hazırda O.Qurbanovu bıçaqlayan şəxsin tapılması istiqamətində iş aparılır.

AzNews.az