Moskvada daha bir “qanuni oğru” həbs olundu

Moskvada "qanuni oğru" Paat Tvalçrelidze saxlanılıb.

Hadisə avqustun 29-da baş versə də məlumat bu gün yayılıb. "Qanuni oğru"nun hava limanında saxlandığı xəbər verilir. Kriminal aləmin tanınmış nümayəndəsi "Domodedovo" hava limanında saxlanılıb.

Polis bölməsinə aparılan "qanuni oğru"nun bu yaxınlarda Türkiyədə keçirilən və azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) qardaşı Namiq Səlifovun taclandırıldığı "sxodka"da iştirak etdiyi bildirilir. AzNews.az Rusiya mətbuatına istinadən bildirir ki, "sxodka"dan sonra orada iştirak edənlərin bir çoxu öz ölkəsinə qayıdıb. Ancaq Paat, Roland və Pipiya yerli otellərdən birində dincəlməyə davam edib. Bundan xəbər tutan türk polisi və xüsusi xidmət orqanlarının əməkdaşları otelə basqın edərək onların hər üçünü saxlayıb.

Bəzi məlumatlara görə, basqın zamanı Rolan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən döyülüb.

Elnur
AzNews.az