Maxaçkalada üç terrorçu mühasırədə

AzNews.az RİA NOVOSTU - yə istinadən bildirir ki, Maxaçkalada üç silahlı quldur gizləndikləri evdə hələ də mühasirədədirlər.
Xəbər vermişdik ki, Maxaçkala şəhərində, Əziz Əliyev küçəsində, müsəlmanların dini idarəsi ilə yanası atışma zamanı iki polis işçisi öldürülmüş. biri isə yaralanmışdı. Bir az sonra elə həmin şəxslər , bu dəfə Kazbekov küçəsində əlavə iki nəfər polisi yaralayıb. Çox keçmədən quldurlardan biri öldürülüb və məlum olub ki, o Volqoqraddakı terror əməliyyatının təşkilatçılarından biri olub. Qalan quldurlar Rəhmətullayev küçəsindəki binalardan birinə sıxışdırılıb. İndi məlum olub ki, onlar üç nəfərdirlər. Silahlıların zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.

Əli
AzNews.az