Azərbaycanlı “qanuni oğru” yunan polisinin hədəfində

Dekabrın 23-də Yunanıstanda gürcü "qanuni oğru", 37 yaşlı David Mazanaşvili polis tərəfindən saxlanıb.

Kriminal aləmdə Dato Rustaviski kimi tanınan "qanuni oğru" barəsində məhkəmə qərarı çıxarılmasına baxmayaraq, cəza çəkməkdən yayındığına görə beynəlxalq axtarışda olub.

Qeyd edək ki, bundan əvvəl Dato Rustavski ötən ilin yanvarında saxlanmışdı. "Vuliaqmani" kurort zonasında keçirilən "sxodka"da D.Rustavski ilə bərabər "qanuni oğru"lar "Çikora" ləqəbli Merab Asinadze, Georgi Beriyev, "Tava" ləqəbli Georgi Endelazdze, Zviad Papiaşvili və "sxodka"nın təşkilatçısı Laşa Şuşanaşvili də saxlanmışdı. AzNews.az xəbər verir ki, polis basqınında məqsəd "sxodka"nın təşkilatçısı Laşa Şuşanaşvilini həbs etmək olub.

Saxlandıqdan sonra məhkəməyə qədər sərbəst buraxılan D.Rustaviski daha sonra məhkəməyə gəlməsə də, barəsində qiyabi olaraq 8 il azadlıqdan məhrumetmə cəzası çıxarılıb və beynəlxalq axtarışa verilib. Ötən ilin martında isə o, Yunanıstanda keçirilən "sxodka"da "qanuni oğru" titulu almışdı.

Onunla yanaşı ötən ilin martında keçirilən "sxodka"da azərbaycanlı Əliyev İlqar İbrahim oğlu da "taclandırılmışdı". Kriminal aləmdə "İlqar" deyə çağırılan "qanuni oğru" 1977-i ildə Azərbaycanda doğulub. Məlumatlara görə, Yunanıstan polisi həmin "sxodka"da taclandırılan digər "qanuni oğru"ların - İlqar Əliyev, Büsik Tutaşvili, Piruz Kavlilaşvilinin də ölkə ərazisində olduğunu güman edərək onlara qarşı da tədbirlərə hazırlaşır.

Elnarə
AzNews.az