- Köhnə - Kriminal
- 3 Fevral 2014 08:30
- 2 718
Kirayəşin ev sahibini bıçaqladı- Xudatda

AzNews.az-ın Regional TV-yə istinadən verdiyi məlumata görə, hadisə Xudat şəhər Rəşid Behbudov küçəsi, ev 2 ünvanında qeydə alınlıb.
Belə ki, Xudat şəhər sakini 1970-ci il təvəllüdlü Mudaliyev Rafiq Qasım oğlu bıçaqlanıb. Evin sahibinə həmin evdə kirayəşin qalan Yarəhməd adlı şəxs tərəfindən bıçaq xəsarəti yetirilib.
O, Xaçmaz Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan yaralıya döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Xaçmaz RPŞ-da araşdırma aparılır.
AzNews.az