- Köhnə - Kriminal
- 28 Mart 2014 19:07
- 2 548
Gəncədə evdən 7 min manat oğurlanıb

Kəpəz Rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini İlahə Məmmədova polisə ərizə ilə müraciət edərək bildirib ki, martın 24-27-də evdə olmadığı vaxt naməlum şəxs və ya şəxslər mənzilinin pəncərəsini sındıraraq içəridən ümumi dəyəri 7 min manat olan müxtəlif qızıl-zinət əşyalarını oğurlayıblar.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
AzNews.az