ŞOK! Ana və uşaq yol qəzasının qurbanı oldu - VİDEO

Bakıda ana və uşaq yol qəzasının qurbanı oldu. Oxuculara iki piyadanın vurulması ilə bağlı yol qəzasının videogörüntüsünü təqdim edirik. Ürəyi və əsəbləri zəif olanlara görüntüyə baxmamaq tövsiyə olunur.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, bu görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda bu ilin 8 ayı nəticəsində baş vermiş yol qəzalarında 34 azyaşlı həlak olub, 159 nəfər isə xəsarət alıb. Bu müddət ərzində Bakıda 705 yol-nəqliyyat hadisəsi zamanı 213 nəfər həlak olub, 783 nəfər xəsarət alıb.



AzNews.az