Bakının məşhur restoranlarından birində-“Oazis”də dava düşüb. Bakının məşhur restoranlarından birində-“Oazis”də dava düşüb.

Bakının məşhur restoranında dava- 2 nəfər bıçaqlandı

Bakının məşhur restoranlarından birində-“Oazis”də dava düşüb.


Restoranda olan hadisə şahidlərindən "Qafqazinfo"ya verilən məlumata görə, dava ad günü qeyd edən bir ailənin yaxınları arasında başlayıb.

Mühafizəçilər yaranan insidenti sakitləşdirsələr də, 20 dəqiqədən sonra ara yenidən qarışıb. Bu dəfə həmin şəxslər restoranda qarşılarına çıxan bütün stolları çeviriblər. Bundan sonra "qəhrəmanlar" restoran xidmətçilərini və mühafizəçiləri də döyməyə başlayıblar.

Ən azı iki nəfərin bıçaqlanaraq yaralandığı bildirilir.

Restorandakı vəziyyət o həddə çatıb ki, insanlar qorxaraq mətbəxə qaçıblar.

AzNews.az