Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil

Orta məktəb şagirdi intihar etdi

Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil



Azərbaycanda orta məktəb şagirdi özünü öldürüb. Bu barədə Xəzər Rayon Prokurorluğundan bildirilib. Məlumata görə, dünən intihar faktı Mərdəkan qəsəbəsi, Qaranquş Sanatoriyası 1-ci korpus, ev 12 ünvanında qeydə alınıb.

2000-ci il təvəllüdlü Bayram Azər oğlu Nəcəfli yaşadığı ünvanda özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. O orta məktəbdə oxuyurdu. Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az