Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3 maddəlləri ilə təqsirləndirilən Toğrul Zeynalov və Rauf Mehdiyev 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3 maddəlləri ilə təqsirləndirilən Toğrul Zeynalov və Rauf Mehdiyev 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Narkotik alverçiləri cəzalandırıldı - 8 il

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3 maddəlləri ilə təqsirləndirilən Toğrul Zeynalov və Rauf Mehdiyev 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.



AzNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2013-cü il oktyabrın 13-də Rauf Mehdiyev İran İslam Respublikası ərazisində istintaqla müəyyən edilməyən şəxsdən əldə etdiyi 28,736 qram heroini Astara keçid məntəqəsindən keçirərək Toğrul Zeynalova verib. Sonuncu ayın 17-də narkotik vasitəni ayyaqabısında gizlədərək Bakıya gətirib və bir neçə gündən sonra müştəri tapıb.

"Gənclik" metrostansiyasının yaxınlığında, F.X Xoyski küçəsi, 36 ünvanda heroini şəhər sakini Adil Zərbəliyevə 1500 manata satarkən T.Zeynalov DİN Baş Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə (BMCMİ) idarəsinin əməkdaşları tərədindən saxlanılıb, bir gündən sonra onunla əlbir olan Rauf Mehdiyev də saxlanılıb.