Mənzildən 5 kq-dan çox narkotika tapıldı

Azərbaycanda keçmiş məhkumdan 5 kilodan artıq narkotik vasitə götürülüb. AzNews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədovdan 7,5 qram marixuana götürülüb. Onun evinə baxış zamanı isə 5 kq 10 qram marixuana aşkar edilib.

Sevinc
AzNews.az