Ukraynanın paytaxtı Kiyev şəhərində məşhur müxalifətçi jurnalist Sergey Suxobok qətlə yetirilib. Ukraynanın paytaxtı Kiyev şəhərində məşhur müxalifətçi jurnalist Sergey Suxobok qətlə yetirilib.

Məşhur müxalifətçi jurnalist öldürüldü

Ukraynanın paytaxtı Kiyev şəhərində məşhur müxalifətçi jurnalist Sergey Suxobok qətlə yetirilib.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "rosbalt" saytı yayıb.
"ProUA" və müxalifətyönlü "Obkom" internet nəşrlərinin yaradıcısı Sergey aprel ayının 12-dən 13-nə gecən gecə öldürülüb.

İnsidentin detalları haqda açıqlama verilmir.

Suxobok 1998-ci ildən jurnalistika sahəsində çalışır. Onun ilk iş yeri "Delovoy Donbas" həftəlik qəzeti olub.