- Köhnə - Kriminal
- 31 İyul 2015 16:48
- 4 709
Keçmiş arvadını uşağın gözü qarşısında öldürən şəxs tutuldu

Daxili İşlər Nazirliyi Kürdəmirdə ərin keçmiş arvadını öldürməsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən AzNews.az-a verilən məlumata görə, iyulun 30-da rayonun Sığırlı kəndində kənd sakini Elman Rüstəmov münaqişə zəminində keçmiş arvadı Gülər Mütəllimovaya bıçaqla xəsarət yetirib və nəticədə o, hadisə yerində ölüb.
Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Rüstəmov tutulub.