Tovuzda quldurluq hadisəsi baş verib. Tovuzda quldurluq hadisəsi baş verib.

Tovuzda quldurluq - 54 yaşlı kişi yaralandı

Tovuzda quldurluq hadisəsi baş verib.


AzNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonun Alakol kəndində 54 yaşlı İsax İsayevin evinə daxil olan iki nəfər maskalı şəxs onun əl-ayağını bağlayaraq ondan pul tələb edib.

Zərərçəkəndən qənimətin yerini öyrənməyə çalışan "qəhrəman"lar onun boğaz və çiyin nahiyəsini yaralayıblar. Evdə iki qız övladı ilə yaşayan İsax İsayev Qaz İstismar Sahəsində çalışır. Zərərçəkənin qohumlarının sözlərinə görə, evə daxil olan şəxslər onun əl-ayağını bağlayıb evdən qırx manat pul və qızıl sırğanı götürdükdən sonra yaşayış evinin qapılarını bağlayaraq aradan çıxıblar.

İsax İsayevin kiçik qızı səs küyü eşidib evin arxa otağında gizlənib. Maskalı şəxslər ərazidən uzaqlaşdıqdan sonra isə atasını və bacısını xilas edib. Zərərçəkən İsax İsayev Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Hazırda Alakol kəndə rayon Polis Şöbəsinin əməkdaşları postlar quraraq baş verən hadisəni törədənlərin axtarışını davam etdirir.