Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən şəxs həbs edilib. Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən şəxs həbs edilib.

Suriyada döyüşlərdə iştirak edən azərbaycanlı həbs edildi

Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən şəxs həbs edilib.


AzNews.az APA-ya istinadən xəbər verir ki, Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Əhmədov Taleh Mahir oğlu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs olunub.

Aparılan araşdırmalar zamanı onun 2014-cü ildə Suriyaya getdiyi və 3 ay orada qaldığı məlum olub.

Onun barəsində Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsinə əsasən cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.