Milli Təhlükəsizlik Nazirliyindəki quldur dəstə aşkarlanaraq ifşa olunandan sonra, artıq 2 həftədir ki, bu iş üzrə aparılan istintaq davam etdirilir. Məsələ ilə bağlı həbs olunanlar və işdən çıxarılanların adları açıqlanır. Hər gün yeni bir fakt ortaya çıxır. Milli Təhlükəsizlik Nazirliyindəki quldur dəstə aşkarlanaraq ifşa olunandan sonra, artıq 2 həftədir ki, bu iş üzrə aparılan istintaq davam etdirilir. Məsələ ilə bağlı həbs olunanlar və işdən çıxarılanların adları açıqlanır. Hər gün yeni bir fakt ortaya çıxır.

Daha bir müdir həbs edildi - MTN işi ilə bağlı

Milli Təhlükəsizlik Nazirliyindəki quldur dəstə aşkarlanaraq ifşa olunandan sonra, artıq 2 həftədir ki, bu iş üzrə aparılan istintaq davam etdirilir. Məsələ ilə bağlı həbs olunanlar və işdən çıxarılanların adları açıqlanır. Hər gün yeni bir fakt ortaya çıxır.

AzNews.az xəbər verir ki, bu gün isə Azərbaycanda keçirilən parlament seçkiləri ilə əlaqədar gün ərzində mediada MTN xəbərlərinin tirajlanması səngimiş görünsə də sözügedən məsələ haqda "Qafqazinfo"ya maraqlı məlumat daxil olub.

Həmin xəbərə görə, MTN-in istintaq idarəsinin şöbə müdiri polkovnik Vüsal Ələkbərov işdən çıxarılıb. Onun cəzası bununla da bitməyib, şöbə müdiri postundan gedəndən sonra həbs edilib.