Bakıda “general” ləqəbli dələduz axtarışa verilib. Bakıda “general” ləqəbli dələduz axtarışa verilib.

Bakıda dələduz “general” axtarışa verildi - FOTO

Bakıda “general” ləqəbli dələduz axtarışa verilib.


Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, 1954-cü il təvəllüdlü Manaf Bala oğlu Nadirov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. O xeyli sayda vətəndaşın etimadını qazanaraq 100 min manatdan artıq mənimsəməyə yol verib.

Polisdən həmçinin bildirilib ki, M. Nadirov Bakıda "general" ləqəbi ilə tanınır.

Hazırda onn tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.



APA.az