Xaçmazın məşhur Nabran kəndində kütləvi olub. Xaçmazın məşhur Nabran kəndində kütləvi olub.

Nabranda kütləvi dava - Yaralılar var (Foto)

Xaçmazın məşhur Nabran kəndində kütləvi olub.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, yay aylarında qızğın istirahət məkanı olan, gur insan qələbəliyi müşahidə edilən Nabranda noyabrın 17-si gecə saatlarında sükut pozulub.

Elektrik enerjisinin verlişi üstündə həmkəndlilər arasında dava düşüb.

Sərxoş vəziyyətdə olan Elman Cəllad oğlu Musayev həmyerlilərinə bıçaqla xəsarətlər yetirib. O əvvəlcə enerjisi kəsilən Albert Məmmədəliyevi, daha sonra isə 27 yaşlı Famil İsayevi və 39 yaşlı Samur Səmədovu bıçaqlayıb.

Nəticədə Famil İsayev və Samur Səmədov müxtəlif dərəcəli ağır bıçaq xəsarətləri ilə Xaçmaz rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıblar.

Xəstəxananın həkim-cərrahı Rəcəb Qurbanovun ANS PRESS-ə verdiyi məlumata görə, onların qarın boşluğunda əməliyyat aparılıb və indi vəziyyətləri orta ağırdır. Albert Məmmədəliyev isə yüngül xəsarət aldığından ilkin tibbi yardımdan sonra evə buraxlıb.

Kütləvi davanı səhərə qədər araşdıran Xaçmaz PŞ-nin əməliyyatçıları üç həmkəndlisinə bıçaq xəsarəti yetirən Elman Musayevi tutaraq isti izlərlə istintaqa cəlb ediblər.

Xaçmaz PŞ-nin rəis müavini Valik Vəlimətov polis şöbəsində kütləvi davanın təfərruatlarının araşdırmalarının davam etdirildiyini bildirdi.