Prezident fərman imzalayıb Prezident fərman imzalayıb

Dövlət Vergi Xidmətinin hüquqları artıb

Prezident fərman imzalayıb

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hüquqları artırılıb.

AzNews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malik olacaq.