"Dualarımız və düşüncələrimiz qurbanların ailələri ilə birlikdədir. Allah rəhmət eləsin", -deyə Corc Dik bildirib "Dualarımız və düşüncələrimiz qurbanların ailələri ilə birlikdədir. Allah rəhmət eləsin", -deyə Corc Dik bildirib

İsrailin səfiri başsağlığı verdi

"Dualarımız və düşüncələrimiz qurbanların ailələri ilə birlikdədir. Allah rəhmət eləsin", -deyə Corc Dik bildirib

İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün Kəlbəcərdə minaya düşərək həlak olan media nümayəndələrinin ailələrinə başsağlığı verib.

Aznews.az xəbər verir ki, İsrail diplomatı bu barədə "Twitter"də bildirib.

"Kəlbəcərdə mina partlayışında iki jurnalistin həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Dualarımız və düşüncələrimiz qurbanların ailələri ilə birlikdədir. Allah rəhmət eləsin", -deyə Corc Dik bildirib.

Xatırladaq ki, bu gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.