Qüds məhkəməsi öz toyunu ləğv edən 19 yaşlı qızı 60 min şekel (təxminən 24 000 AZN) cərimələyib. Qüds məhkəməsi öz toyunu ləğv edən 19 yaşlı qızı 60 min şekel (təxminən 24 000 AZN) cərimələyib.

Toyuna 15 gün qalmış evlənməkdən imtina etdi – 60 min cərimələndi

Qüds məhkəməsi öz toyunu ləğv edən 19 yaşlı qızı 60 min şekel (təxminən 24 000 AZN) cərimələyib.


AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, ultraortodoksal yəhudi icmasının nümayəndələri olan keçmiş nişanlılar elçi vasitəsilə tanış olublar və bir neçə ay sonra evlənmək barədə qərar qəbul ediblər. Bu müddət ərzində cütlük toy mərasimi üçün zal sifariş edib, dəvətnamələri çap edib, genetik yoxlamalardan keçib, həmçinin yataq otağı üçün mebel və mətbəx texnikası almağa imkan tapıb. Xərcin böyük hissəsi bəyin ailəsi tərəfindən ödənilib. Lakin toya 2 həftə qalmış gəlin ərə getmək fikrindən daşınıb.

Qız tərəfindən rədd edilən bəy isə məhkəməyə müraciət edib.

Məhkəmə istintaqı zamanı qız öz qərarını bəy tərəfindən edilən fiziki zorakılıqla əlaqələndirməyə çalışıb. Lakin bunu heç cür sübut edə bilməyib. Bəy isə məhkəməyə onların sosial şəbəkədəki yazışmalarını, həmçinin şahidlərin ifadələrini təqdim edib. Məhkəmə qeyd edib ki, qızı evlənməyə məcbur etmək olmaz. Lakin o, yüngül davranışına görə cəza çəkməli və bəyə bütün verdiyi zərəri kompensasiya etməlidir.

Nəticədə qızın oğlana ailə qurmaq barədə verdiyi söz məhkəmə tərəfindən müqavilə kimi qəbul edilib. Bu müqavilə razılaşmanın şərtlərini pozan tərəfin digər tərəfə maddi və mənəvi kompensasiya ödəməsini nəzərdə tutur. Məhkəmənin qərarına əsasən evlilikdən boyun qaçıran gənc qız cərimə olunmaqla yanaşı, bütün məhkəmə xərclərini də qız özü ödəməlidir. Bu isə əlavə 15 min şekelin (6 000 AZN) ödənilməsi deməkdir.

Aydan AXUNDOVA