- Köhnə - Maraqlı
- 18 Aprel 2016 14:04
- 7 188
Bu məbləğdə rüşvət alan məmurlar - Edam ediləcək
Çində aldığı rüşvət məbləğindən asılı olaraq məmurlara edam cəzası veriləcək.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, 3 milyon yuandan (təxminən 463 min dollar) artıq rüşvət almıış məmurlar edam ediləcək.
Bu barədə Çin Xalq Respublikasının Ali xalq məhkəməsi və Ali xalq prokurorluğunun birgə fərmanında məlumat verilir. Fərmanda rüşvət işlərinə baxılması zamanı törədilmiş cinayətin ciddiyətini və onun mənfi nəticələrinin dərəcəsini nəzərə almaq məsləhət görülür.
"Qanunla nəzərdə tutulmuş yüngülləşdirici hallar olduqda şübhəli barədə ölüm hökmü qərarını 2 il təxirə salmaq olar", - deyə birgə fərmanda qeyd olunur.
Qeyd edək ki, Çində rüşvətə qarşı fəal mübarizə 2012-2013-cü illərdə - Si Tsinpin hakimiyyətə gəldikdən sonra başlayıb.
Aydan AXUNDOVA