“Forbes” jurnalı Rusiyanın ən varlı varislərinin siyahısını hazırlayıb. “Forbes” jurnalı Rusiyanın ən varlı varislərinin siyahısını hazırlayıb.

Rusiyanın ən varlı varisləri - 26 yaşlı azərbaycanlı siyahıda birincidir

“Forbes” jurnalı Rusiyanın ən varlı varislərinin siyahısını hazırlayıb.


AzNews.az xəbər verir ki, siyahıya azərbaycanlı milyarder, "LukOil" şirkətinin prezidenti Vahid Ələkbərovun oğlu liderlik edir. Məlumata görə, Vahid Ələkbərovun yeganə oğlu olan 26 yaşlı Yusif atasının 8,8 milyard dollarlıq varidatının tək sahibi ola bilər.

Reytinqdə 2-ci pillədə "Evroxim" şirkətinin sahibi Andrey Melniçenkonun övladı qərarlaşıb. 4 yaşlı Taranın sərvəti 8,2 milyard dollar dəyərindədir.

Siyahıda 3-cü pilləni isə "Novateka" və "Sibura" şirkətlərinin sahibi Leonid Mixelsonun övladları bölüşdürür. Onun 14,4 milyard dollarlıq varidatından 1992-ci il təvəllüdlü qızı və 2015-ci il təvəllüdlü oğlunun hər birinə 7,2 milyard dollar çatacağı ehtimal edilir.

Ən varlı varislərin ilk onluğunda "Alfa Qrup"un sahibi Aleksey Kuzmiçevin oğlu (6,7 milyard dollar), "Maqnit"in sahibi Serqey Qalitskonun qızı (5,7 milyard dollar), Ural dağ-metal şirkətinin yaradıcısı İsgəndər Mahmudovun oğlu (4 milyard dollar), "Monako" futbol klubunun sahibi Dmitri Rıbolovlevin 2 qızı (hər birinə 3,85 mlrd dollar), "Novateka"nın səhmdarı Gennadi Timçenkonun 3 övladı (hər birinə 3,8 mlrd dollar) və "Alfa Qrup"un şəriki Mixail Fridmanın 4 övladı (hər birinə 3,3 mlrd dollar) da yer alıb.

Aydan AXUNDOVA