Amerikada qeyri-adiliyi ilə mətbuatın və ictimaiyyətin diqqətini cəlb edən hadisə baş verib Amerikada qeyri-adiliyi ilə mətbuatın və ictimaiyyətin diqqətini cəlb edən hadisə baş verib

Bomj brilyantı sahibinə qaytardı

Amerikada qeyri-adiliyi ilə mətbuatın və ictimaiyyətin diqqətini cəlb edən hadisə baş verib




Küçələrdə səfil həyat keçirən şəxs tapdığı olduqca bahalı, brilliant qaşlarla bəzədilən üzüyü sahibinə qaytarıb. Üzük səfilə pul vermək istəyən zaman qadının barmağından düşün və o, bunu hiss etməyib.

Ertəsi gün isə qadın həmin yerdən təkrar keçərkən səfil ona bahalı üzüyünü qaytarıb. Hadisədən təsirlənən qadın həyat yoldaşı ilə bərabər evsizlər üçün onlayn yolla vəsait toplamağa başlayıb. Qısa zamanda 92 min dollar yığılıb.

Elnarə Əlosmanqızı
AzNews.az